Üzünüzü dəyişdirmək üçün müxtəlif ÜSULLAR
09 mart 2023 15:22 (UTC +04:00)

Üzünüzü dəyişdirmək üçün müxtəlif ÜSULLAR

Fərqli üz görünüşünə və dəri xəttinə sahib olmaq istəyən qadın və kişilərə üstünlük verilə biləcək üsulları açıqlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Estetik və plastik cərrahiyyə mütəxəssisi Ufuk Əsgəroğlu danışıb. 

Bəzi insanlar ideal üz və yanaq quruluşlarına sahib olsalar belə, yanaq nahiyəsindəki həddindən artıq yağlanma səbəbiylə artıq çəkili görünə və ya istədikləri xarakterik görünüşə sahib olmaya bilərlər. Bundan əlavə, yanaqlardakı yağ yastıqları insanların stres, kədər və yorğunluq kimi problemləri olduğunu bəlli edir. Genetik olaraq aşağı yanaqları olan, həddindən artıq düzbucaqlı və ya yuvarlaq yanaqlı insanlar yaşlarından daha yaşlı görünə və yorğun bir ifadəyə sahib ola bilərlər.

Üz yogası, masaj və cərrahi olmayan prosedurların uzun müddətdə təsirsiz olduğu hallarda yanaqlardakı artıq piylərin daha qısa müddətdə və daha uzun müddət təsirini saxlayacaq şəkildə aradan qaldırılması ilə istənilən görünüş əldə edilə bilər.

Bu prosedur üçün kim uyğundur?

Yanaqlarda yağ yığılması problemi həm kişilərdə, həm də qadınlarda görülə bilər. Bu səbəbdən də bu prosedura çox vaxt hər iki cins tərəfindən üstünlük verilir. Kişilərin sümük və piy strukturları fərqli olduğu üçün kişilər müalicə alarkən ümumiyyətlə qadınlara nisbətən daha az yağ qəbul edirlər. Hollivud yanaq proseduruna uyğun olan insanlar qısaca; Yanaqlarında çox piy olan, üz cizgiləri aydın olmayan, üz cizgiləri daha qalın olan insanlardır.

Müalicə zamanı və sonra sizi nə gözləyir?

Hollivud yanaq prosedurunda yanaqlardakı artıq piylər çıxarılır və insan daha xarakterik üz quruluşuna, daha fit dayana və daha gənc görünüşə sahib ola bilir. Prosedura şəxsi üstünlüklərdən asılı olaraq yerli və ya ümumi anesteziya və ya sedasyon altında həyata keçirilir. Yanağın içindən təxminən 1 sm-lik kəsikdən yanağın içərisinə daxil edilir. Mövcud artıq yağın təxminən 40 faizi çıxarılır. Əməliyyat açılan kəsikə kiçik tikişlər qoyularaq həyata keçirilir. Tətbiq təxminən 1 saat çəkir və ağrısızdır. Nəticələri prosedurdan sonra 3 həftə ərzində görmək olar.

Prosedurdan 2 həftə sonra ödem və şişkinlik baş verə bilər. Bu simptomlar normaldır və dərini soyuq kompreslərlə sakitləşdirmək olar. Sağalma prosesini daha sağlam və asan şəkildə tamamlamaq üçün ilk gün qatı qidalardan istifadə edilməməsi tövsiyə edilir. Üçüncü gün və ondan sonra yüngül bərk qidalara başlamaq olar. Ağız və dişlərin təmizlənməsi ilk həftədə ağız içi infeksiyaların qarşısını almaq üçün diqqət edilməsi lazım olan bir məsələdir.

Bu əməliyyat yanaq nahiyəsində ağrısız bir texnika ilə həyata keçirilsə də, cərrahi əməliyyat olduğunu nəzərə almaq lazımdır. Bu səbəbdən atılacaq bütün addımlar ekspert tərəfindən qiymətləndirilməli və həyata keçirilməlidir.

# 1755
avatar

Fidan İlqar

Oxşar yazılar