Modelin  6 minlik paltarı   lağa qoyuldu
02 mart 2023 15:14 (UTC +04:00)

Modelin 6 minlik paltarı lağa qoyuldu

Dünyaca məşhur model Kendal Cenner geyindiyi paltara görə gülüş obyektinə çevrilib. 

Lent.az xəbər verir ki, 27 yaşlı ulduz əlində qədəh dolu şərabla yataq otağından video paylaşıb. Videoda diqqət çəkən məqamlardan biri modelin geyimi olub. O, bir ayaqlı və digəri ayağı isə fırfırlı kombinezon geyinib. 

İstifadəçilər paylaşıma “Geyim çox gülməlidir”, “Son zamanlar gördüyüm ən gülməli paltarlardan biri”, “Dəhşətli görünür”, “Həmişəki kimi pisdir” kimi şərhlər gəlib. 

Qeyd edək ki, “Alaïa” brendindən olan bu paltarın qiyməti 5760 dollardır. 

 

# 2439
avatar

Sevinc Fərid

Oxşar yazılar