Məşhur aparıcıdan maska   məsləhəti: "5 ildir bunu edirəm"
06 iyun 2022 17:39 (UTC +04:00)

Məşhur aparıcıdan maska məsləhəti: "5 ildir bunu edirəm"

Aparıcı İradə İsak çox həssas və allergik dəri üçün maska məsləhəti verib. 

Lent.az-ın məlumatına görə, aparıcının təklif etdiyi maska əsasən makiyajı silmək üçün südlərdən, toniklərdən istifadə edən qadınlara aiddir: 

“Artıq 5-ci ildir ki, edirəm. Çox həssas və allergik dərim olduğu üçün bu məhsulların bahalısını almalı olurdum. Mən “Yves Rocher” istifadə edirdim. 5 il əvvəl bir flakon 22 manat idi, indi bilmirəm. Çünki 5 ildir istifadə etmirəm”. 

Həmin maskanı təqdim edirik: 

2 çay qaşığı duru yağla (zeytun, qarğıdalı, günəbaxan) 1 çay qaşığı adi su ilə qarışdırın. Daha sonra bu qarışığı üzünüzə çəkin. 10-15 dəqiqə saxladıqdan sonra üzünüzü ilıq su ilə durulayın. 

“Nəticədə üzünüz həm, təmiz, həm də yumşaq olacaq” – deyə aparıcı bildirib. 


 

# 2223
avatar

Sevinc Fərid

Oxşar yazılar