Əllərimizin yaşlı görünməməsi   üçün nə etməliyik?
02 may 2023 13:34 (UTC +04:00)

Əllərimizin yaşlı görünməməsi üçün nə etməliyik?

Əllər insanın yaşını asanlıqla büruzə verə bilən əsas bədən üzvlərindən biridir. Bu səbəbdən bir çox qadın əllərini baxımlı saxlamaq və gənc görünməsini istəyir. 

Lent.az xəbər verir ki, gün ərzində əlləriniz də ən az üzünüz qədər günəşə məruz qalır. Bunun qarşısını almaq üçün yay və qış aylarında əllərinizə günəş kremi sürtməlisiniz.

Necə ki, üz dərisi üçün “SPF” tərkibli kremlərdən istifadə olunursa, onu əl üçün də tətbiq etmək lazımdır. Həssas və quru dərini nəmləndirməyə kömək edən bu məhsullar onu “UVA” və “UVB” şüalarından qoruyur. Eyni zamanda əl dərisini “infraqırmızı-A” şüalarının və çirklənmənin yaratdığı problemlərdən qoruyur. 

Əllərdəki qırışların əsas səbəbi onlardakı quruluqdur. Əllərin qurumasının mühüm faktorlarından biri isə onların isti su ilə yuyulmasıdır. Çalışın əllərinizi yuduqda ilıq su ilə yuyun. Başqa bir təklif isə nəmləndirici xüsusiyyətləri olan sabunlardan istifadədir. 

Əllərinizi yuduqdan sonra həmişə əl kremi ilə nəmləndirin. Bunun üçün çantanızda bacardığınız qədər əl kremi saxlayın. 

Bunlara daimi olaraq əməl etdikdə əlinizdəki qırışıqlıq aradan qalxacaq. 
 

# 2136
avatar

Sevinc Fərid

Oxşar yazılar