Dua Lipa yenə  geyimi ilə   diqqət çəkdi - FOTO
27 fevral 2023 15:59 (UTC +04:00)

Dua Lipa yenə geyimi ilə diqqət çəkdi - FOTO

Müğənni Dua Lipa Milan Moda həftəsi çərçivəsində baş tutan “GCDS” brendinin şousuna transparan qara libasda gəlib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, dünya ulduzunun geyimi hər kəsin marağına səbəb olub. Lipa möhtəşəm paltarı ilə əlində  ürək formalı qırmızı çanta götürüb. 

O, kombinini hündürdaban altı platforma olan ayaqqabı ilə tamamlayıb. 

Müğənninin geyimi ilə yanaşı, tünd tonlarda olan dumanlı göz makiyajı da diqqətləri öz üzərinə çəkib. 


 

# 2661
avatar

Sevinc Fərid

Oxşar yazılar