Dəri qocalmasının qarşısını almağın YOLLARI
05 yanvar 2023 17:28 (UTC +04:00)

Dəri qocalmasının qarşısını almağın YOLLARI

Amerikalı dermatoloq Ellen Cendler dəri qocalmasının qarşısını almağın bir neçə yolunu açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə həkim şəxsi “Tiktok” hesabında paylaşım edib.

O, 20 yaşından etibarən dəri üçün tətbiq edilməli olan dörd yol sadalayıb.

Həkimin sözlərinə görə, günəş kremi dəyişməz gündəlik rejimə çevrilməlidir. Hər bir qadının çantasında mütləq "SPF" tərkibli krem olmalıdır. Eyni zamanda dərinin növünə uyğun məhsulu düzgün seçmək və ilin istənilən vaxtında tətbiq etmək vacibdir.

Bundan əlavə, dermatoloq retinoidlərdən istifadə etməyi məsləhət görüb.  O, həmçinin böyük dozalı dərmanları həkim məsləhəti olmadan istifadə etməməyi tövsiyə edib.

Cendler C vitaminin də dəri qocalmasının qarşısını aldığını vurğulayıb. Çünki C vitamini dəri hüceyrələrini zədələnmədən qoruyur.

Qeyd edək ki, bu sadaladığımız prosedurları təkcə xanımlar deyil, kişilər də tətbiq etməlidir. 

# 2058
avatar

Sevinc Fərid

Oxşar yazılar