Tanınmış cütlük ikinci dəfə  boşandı 
28 iyul 2022 16:14 (UTC +04:00)

Tanınmış cütlük ikinci dəfə boşandı 

Türkiyəli müğənni Selin Ciğerci ilə futbolçu Gökhan Çıra yenə boşanır. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar bu barədə öz şəxsi “Instagram” hesabında açıqlama verib. 

Ciğerci “İkinci dəfə sınadıq, olmadı”, Çıra isə “Evlilik işini yenə bacarmadıq” deyə qeyd edib. 

Xatırladaq ki, 2019-cu ildə nikah masasına oturan Selin Ciğerci və Gökhan Çıra keçən ilin sentyabr ayında evliliklərini sonlandırmışdılar. Amma cütlük daha sonra may ayında ikinci dəfə evlənmişdi. 


 

# 3450
avatar

Sevinc Fərid

Oxşar yazılar