Su altında ən uzun müddətli  öpüşmə:   Ginnesin Rekordlar Kitabına düşdülər
23 iyun 2023 11:36 (UTC +04:00)

Su altında ən uzun müddətli öpüşmə: Ginnesin Rekordlar Kitabına düşdülər

Maldiv adalarındakı lüks kurortda cənubi afrikalı Bet Nil və kanadalı Maylz Klute ən uzun sualtı öpüşmə rekordunu qırıblar. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, onların öpüşməsi dörd dəqiqə altı saniyə davam edib.

Cütlük 5 il əvvəl Bermud adasında tanış olub, burada friddayvinqlə, yəni nəfəs alma avadanlığı olmadan suya daldırmaqla məşğul olublar. Daha sonra evləniblər və indi bir yaş yarımlıq bir qızları var.

Bet və Maylz çoxdan rekord vurmağı planlaşdırıblar, lakin hamiləlik səbəbindən təcrübəni təxirə salmağa qərar veriblər. Ümumilikdə, cütlük ümid edir ki, yeni rekordun müəyyən edildiyini görən insanlar sualtı dünyasını araşdırmaq üçün bu hadisədən ilham alacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2934
avatar

Oxşar yazılar