Sevgilisi üçün  gizli toy   təşkil etdi: Görün sonra nə oldu?
21 iyun 2023 09:56 (UTC +04:00)

Sevgilisi üçün gizli toy təşkil etdi: Görün sonra nə oldu?

Bəyin təşkil etdiyi gözlənilməz sürprizə görə dostları və qohumları gəlini tənqid edib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, cütlük 5 ildir görüşüb və evlənmək planları olub. 30 yaşlı qadın 32 yaşlı sevgilisi onu iddia edilən dəbdəbəli məclisə dəvət edəndə nə baş verəcəyini bilməyib. O, bu hadisəni səbirsizliklə gözləyib və ən yaxşı paltarını geyinib.

Lakin o, böyük zala daxil olanda səhnəyə çıxan kimi bütün dostlarının, qohumlarının və tanışlarının çığır-bağırla alqışladığını görüb tamamilə məəttəl qalıb.

“Məlum olub ki, Mark mənim razılığım olmadan bizim üçün diqqətlə planlaşdırılan sürpriz toy təşkil edib. Hamı alqışladı və mən şok və məəttəl halda orada dayandım. Qarışıq hisslər yaşadım. Mən Markı sevirəm və birlikdə gələcəyimizi xəyal etsəm də, əvvəlcədən müzakirələr və razılaşmalar olmadan evlilik ideyası mənə etibarın pozulması kimi görünürdü", - xanım deyib.

Buna görə gəlin Markı kənara çəkib və narahatlığını bildirib. O, toyun planlaşdırılmasında iştirak etmək, "belə vacib bir hadisəyə zehni və emosional olaraq hazırlaşa bilmək" istədiyini izah edib. Bəy onun hərəkətini "romantik jest" adlandırsa da, gəlin yenə də toyu ləğv edib və bu, iştirak edən qonaqların şokuna səbəb olub.

Qadın bundan sonra həm sevgilisi, həm də onun hər şeyi məhv etdiyinə inanan qohumları və dostları ilə dalaşdığını deyib. Bununla belə, o, sevgilisini sevməyə davam etdiyini və onunla birlikdə olmaq istədiyini etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3741
avatar

Oxşar yazılar