Qadın  gələcək əri ilə   öz toyunda tanış oldu
20 iyun 2023 01:27 (UTC +04:00)

Qadın gələcək əri ilə öz toyunda tanış oldu

Böyük Britaniyanın Telford şəhərinin sakini gələcək əri ilə öz toyunda tanış olub və daha sonra onun böyrək donorluğu edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 2011-ci ilin iyununda 46 yaşlı Kerri Svinton evlənib. 110 qonağın dəvət olunduğu şənlik zamanı o, o vaxtkı ərinin dostu, hazırda 52 yaşlı Mark Teylorla tanış olub. Taylor hətta toy fotolarına da düşüb.

Bir müddət sonra britaniyalı qadının evliliyi pozulub və 2015-ci ilin yanvarında boşanmaq üçün ərizə verib. Dörd il sonra Kerri piano daşımaq üçün avtomobili olan sürücü axtarıb və təsadüfən sosial şəbəkələrdə Teylorun bu sahə ilə bağlı biznesinə rast gəlib. Onlar ünsiyyət qurmağa başlayıblar.

Onlar görüşdükdən bir həftə sonra Mark Kerriyə bir buket gül gətirib və onu görüşə dəvət edib. Tezliklə onlar cütlük olublar və 2020-ci ilin noyabrında bir araya gəliblər.

2021-ci ilin dekabrında Teylora polikistik böyrək xəstəliyi adlı genetik xəstəlik səbəbindən böyrək çatışmazlığı diaqnozu qoyulub. Kişinin sevgilisi onun donor orqan transplantasiyası üçün ideal olduğunu öyrənib. Əməliyyat uğurla başa çatıb. Hər iki xəstə evdə sağalıb və altı aydan sonra işə qayıdıb.

Cütlük indi nişanlıdır və 2024-cü ildə evlənməyi planlaşdırır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5082
avatar

Oxşar yazılar