Qadın ərini öldürmək üçün qəhvəsinə  xlor   qatdı -  NƏTİCƏ
08 avqust 2023 17:47 (UTC +04:00)

Qadın ərini öldürmək üçün qəhvəsinə xlor qatdı - NƏTİCƏ

Arizonadan olan qadın öz ərini zəhərləməyə çalışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə aydır o, səhərlər ərinin qəhvəsinə ağartıcı əlavə edib.

Məlumata görə, Melodi Conson ərinin xidmət etdiyi Almaniyada yaşadıqları zaman ABŞ Hərbi Hava Qüvvələrinin zabiti olan əri Robini zəhərləməyə cəhd edib. Kişinin dediyinə görə, mart ayında qəhvəsinin “pis” dadı olduğunu hiss etməyə başlayıb. Bir neçə həftə sonra kimyəvi hovuz test zolaqları alıb və onlardan kran suyu və qəhvəni yoxlamaq üçün istifadə edib.

Qəhvədən çıxan suyun analizlərinin nəticəsi göstərib ki, onun tərkibində həddindən artıq xlor var. Bu, amerikalını vəziyyətə baxmaq üçün mətbəxdə gizli kamera qurmağa vadar edib. Kadrları araşdırdıqdan sonra o, Melodinin gizlicə butulkadan çaydana maye tökdüyünü görüb.

Arvadının onu zəhərləmək istədiyini bilən Robi içkini lavabonun altına tökərək kofe içirmiş kimi davranmağa başlayıb. Cütlük ABŞ-a qayıdanda kişi lazımi sübutları təqdim edərək polisə müraciət edib. Conson həbs edilib və məhkəməni gözləyən həbsxanadadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7755
avatar

Fidan İlqar

Oxşar yazılar