Platonik sevgidən qurtulmağın 5 YOLU
09 mart 2023 18:51 (UTC +04:00)

Platonik sevgidən qurtulmağın 5 YOLU

Göstərdiyiniz sevginin qarşılığını almamaq çətindir. Bəzən çox sevdiyiniz biri sizə qarşı eyni hissləri göstərməyə bilər. Belə olanda siz sevgiyə və münasibətlərə inamınızı itirirsiniz. Həmçinin, məyusluq yaşayırsınız. Ancaq qəbul etməliyik ki, bunlar normal şeylərdir. Heç kəsi sevməyə məcbur etmək olmaz. 

Bəs, qarşılıqsız sevgiyə qapılanlar, ondan necə qurtula bilər? 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, platonik sevgidən qurtulmağın bir neçə sadə yolu var. Onları təqdim edirik:

Reallıqlarla üzləşin

Əgər hisslərinizə qarşılıq görmürsünüzsə, həqiqətdən qaçmayın. Onun sizi sevmədiyini qəbul edin. Bu vəziyyətin sizi incitdiyini unutmayın. Onun bəyənmədiyiniz və sevmədiyiniz tərəflərini ön plana çıxarın. Həmin şəxsi beyninizdə mükəmməlləşdirməyin. Ondan uzaqlaşın, bəyənmədiyiniz davranışlarını görməyə çalışın.

Özünüzü günahlandırmayın 

“Niyə məni sevmir” deyib düşünməyin. Çünki sevilməmək üçün heç bir səbəbiniz yoxdur. Amma qarşınızdakı insan sizin üçün doğru insan olmaya bilər. Sevgi və hisslərdə məntiq axtarmağa çalışmayın. Yəni sevginizə qarşılıq verməməyin başqa səbəblərini axtarmayın. 

Sosial şəbəkələrdə onu izləməyin 

Sevdiyiniz insanı daim izləmək istəyirsiniz. Amma hissləriniz qarşılıqsız olduqda, bu sizin üçün ağrılı olur. Buna görə çalışıb onu sosial şəbəkələrdə izləməyin, nə etdiyi ilə maraqlanmayın. Ən əsası isə “fake” profillər açmayın. 

Özünüzü dəyişməyin 

Hisslərinizin qarşılığını ala bilmədiyiniz üçün özünüzü dəyişdirməyə çalışmayın. Bu sənsən və heç vaxt başqası ola bilməzsən. Əgər olmağa çalışsan, gülməli vəziyyətə düşəcəksən. Niyə kimin üçünsə dəyişəsiniz axı? Olduğunuz kimi qalmağa və həmişə etdiyiniz işləri görməyə davam edin.

Beyninizi bəzi şeylərlə məşğul edin, boş durmayın

Davamlı olaraq onu düşünmək və onunla birlikdə olmağı xəyal etmək unutmanıza mane olacaq. Buna görə onu düşünməmək üçün tanışlarla, dostlarla görüşün. Özünüzü idmana verin və ya hər hansı incəsənət növündə sınayın. Yəni beyniniz nə qədər dolu olsa, bir o qədər tez unudacaqsınız. 


 

# 2253
avatar

Oxşar yazılar