Müdafiə nazirinin qızı  ərindən ayrıldı
05 avqust 2023 19:33 (UTC +04:00)

Müdafiə nazirinin qızı ərindən ayrıldı

Rusiyanın müdafiə nazirinin qızı Kseniya Şoyqunun əri, blogger Aleksey Stolyarovdan ayrıldığını açıqlayıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 
belə bir açıqlama ilə cütlük Alabinoda maneəli yarışlar üzrə Rusiya çempionatının bağlanmasından sonra, eləcə də keçmiş cütlüyün kuratoru olduğu həvəskarlar üçün "Qəhrəmanların yarışları"nda çıxış edib.

“Uzun müddətdir ki, cütlük deyilik. Ancaq eyni zamanda, biz tərəfdaşıq və çox yaxın dostuq", - i Kseniya deyib.

Stolyarovun özü izah edib ki, cütlük bir neçə ay əvvəl ayrılıb, lakin o, qızı Milanla münasibətlərində dəyişiklik göstərməməyə çalışır. Bloggerin sözlərinə görə, o, övladı ilə çox vaxt keçirir.

Stolyarov və müdafiə nazirinin qızı 2019-cu ildə “Qəhrəmanların yarışı”nda tanış olublar. Cütlük 2021-ci ildə münasibətləri qanuniləşdirib, sonra bir qız övladı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 131643
avatar

Oxşar yazılar