Kaan Uragncıoğlu evləndi  - İlk dəfə sevgilisini paylaşdı
22 iyun 2023 10:52 (UTC +04:00)

Kaan Uragncıoğlu evləndi - İlk dəfə sevgilisini paylaşdı

Türkiyəli tanınmış aktyor Kaan Urgancıoğlu uzun müddətdir birlikdə olduğu sevgilisi Burcu Denizerlə nikah masasına oturub. 

Lent.az xəbər verir ki, onlar Türkiyənin Afinadakı Baş Konsulluğunda evləniblər. 

Sadə bir nikah mərasiminə üstünlük verən cütlüyün nikahına sadəcə yaxın dostları və ailəsi qatılıb. Həmçinin, Kaan Urgancıoğlu sevgilisinin ilk dəfə şəklini paylaşıb. Onların paylaşımına minlərlə şərh və bəyənmə gəlib. 

Qeyd edək ki, Burcu Denizer Tarsus Amerikan Liseyini bitirib. Amerikada biznesin idarə edilməsi üzrə təhsil alan Denizerin şəxsi kafe və restoranları var. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3135
avatar

Sevinc Fərid

Oxşar yazılar