Ər arvadını  öz atası ilə   tutdu: Keçmiş qayınatasından  əkiz uşağı   olacaq
01 iyun 2023 19:59 (UTC +04:00)

Ər arvadını öz atası ilə tutdu: Keçmiş qayınatasından əkiz uşağı olacaq

Uelsdən olan tərk edilmiş ər, uşaqlarının monitoru sayəsində arvadını atası ilə cinsi əlaqədə olarkən yaxaladığını iddia edir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 22 yaşlı Deklan Fuller 22 yaşlı Stefani ilə evlidir və onların Uilloy adlı 2 yaşlı qızı var. Keçən ilin sentyabrında cütlük Deklanın atası, 44 yaşlı Darrenə onlarla birlikdə yaşamağa icazə verib.

"Bu ağrılıdır - atam bunu mənə necə edə bilərdi?" – pərişan Deklan müsahibəsi zamanı özünə sual verib. "Bu normal deyil". Onun sözlərinə görə, həyat yoldaşının xəyanət etdiyi iddia edilən gün işdə olub və smartfonunda Uilloyun monitorunu yoxlamaq qərarına gəlib.

Görüntülərdə Stefaninin qayınatası ilə sevişmək üçün gizlicə yataq otağına girdiyi görünür. Deklan deyir ki, şokedici xəyanət hərəkəti onu az qala özünü öldürəcək həddə çatdırıb.

İttihamedici dəlillərlə üzləşən Stefani və Darren yersiz bir şey etdiklərini inkar ediblər. Onlar “Simpsonslar”ı birlikdə izləmək üçün yataq otağına getdiklərini iddia ediblər. Deklan bu izahatla kifayətlənməyib və o, keçmiş qayınatası ilə münasibət quran həyat yoldaşından dərhal ayrılıb.

Stefani indi keçmiş qayınatasından əkizlərə hamilədir.
 
 

# 6546
avatar

Oxşar yazılar