Ən varlı adamın yeni sevgilisini   anası tapdı
02 iyun 2022 17:40 (UTC +04:00)

Ən varlı adamın yeni sevgilisini anası tapdı

Dünyanın ən varlı adamı İlon Mask şəxsi həyatı ilə bağlı həmişə gündəmdə olub.

Lent.az  xəbər verir ki, bu dəfə onun yeni sevgilisi ilə tanışlıq hekayəsi barəsində maraqlı faktlar ortaya çıxıb. 

Məlumata görə,  İlon Maskı 27 yaşlı sevgilisi aktrisa Nataşa Bassetlə anası Mey Mask tanış edib. 

İddiaya görə, onlar 2015-ci ildən dostdurlar. Amma Bassetlə ilk Mey Mask tanış olub. Aktrisanı çox bəyənən Mask daha sonra onu oğlu İlonla görüşdürüb. İlk vaxtlar dost olan cütlük zamanla sevgili olublar.  

Bu arada Nataşa Basettini İlon və Mey Maskın çox sevdiyi bildirilir. 

Qeyd edək ki, 50 yaşlı milyarder aktrisa ilə sevgili olduqdan sonra, əvvəlki münasibətindən bir övladı dünyaya gəlmişdi. 

İlon Mask və Nataşa Basset

Mey Mask
 

# 3741
avatar

Sevinc Fərid

Oxşar yazılar