Bacılar  bir kişidən   hamilə qalıblar
29 mart 2023 19:41 (UTC +04:00)

Bacılar bir kişidən hamilə qalıblar

Britaniya sakini ailəsində başına gələn hadisəni danışıb. Ər arvadının bacısı ilə münasibətə girib və indi hər ikisi hamilədir.
 
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, iddia olunur ki, hamilə qadın 2 ay əvvəl kişinin xəyanətindən xəbər tutub və o vaxtdan onun bağışlanmasına çalışır.
 
“O, mənə ikimizi də hamilə qoyduğunu dedi və məndən üzr istədi. Mənə hədiyyələr verdi, nə istəsəm, mənzil, yeni maşın almağı təklif etdi”, - britaniyalı bildirib.
 
Qadın əri ilə münasibətləri kəsmək imkanını düşündüyünü və onun da hamilə olduğunu öyrənənə qədər onsuz və bacısı olmadan yeni həyata başlayacağını bildirib. İndi o, hesab edir ki, xüsusilə pulla bağlı vəziyyətinə görə onunla qalmaqdan başqa çarəsi yoxdur.
 
 “Uşağımı tək böyütməyə imkanım yoxdur, o, 20 yaşımdan məni təmin edir. Onun həyatımda olmama ehtimalını belə düşünmürdüm, çünki mən çox dəlicəsinə aşiq idim. İstədiyim hər şeyə sahib idim, mükəmməl ailəm və mükəmməl kişim, mükəmməl evim, mükəmməl həyatım var idi”, - qadın xatırlayır.

Qadının dediyinə görə, əri ilə hamilə qalmaqda problem yaranıb, ona görə də onun hamiləliyi “xeyir-bərəkət” sayılır.
 
 

# 4560
avatar

Oxşar yazılar