Ayrılmışdılar,   3 il sonra... -  FOTO
30 avqust 2022 09:28 (UTC +04:00)

Ayrılmışdılar, 3 il sonra... - FOTO

Dünyaca məşhur model İrina Şeyk keçmiş sevgilisi Bredli Kuperlə tətildə çəkilən birgə fotolarını paylaşıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni şəkildə model başını onun çiyninə qoyaraq poza verib. 

Şeyk yalnız qırmızı ürək ifadəsi ilə silsilə fotolara imza ataraq birgə istirahətin təfərrüatlarını paylaşmayıb.

Xatırladaq ki, İrina Şeyk və Bredli Kuper dörd illik münasibətdən sonra 2019-cu ildə ayrılıblar. Cütlüyün Leia adlı bir qızı var. İrina ilə Bredli arasında münasibətlərin pozulmasının səbəbi məlum deyil. 

# 3339
avatar

Oxşar yazılar