Ayrılıq, göz yaşı, qovuşma... - 20 illik  SEVGİ HEKAYƏSİ
26 avqust 2022 15:54 (UTC +04:00)

Ayrılıq, göz yaşı, qovuşma... - 20 illik SEVGİ HEKAYƏSİ

Onlarınkı 2000-ci illərə iz qoymuş bir sevgi hekayəsidir... Bir zamanlar Hollivudun ən məşhur cütlüyü olan Cennifer Lopez və Ben Afflekin 'Gigli' filminin çəkiliş meydançasında başlayan keşməkeşli münasibətində filmlərdəki qədər gözəl detallar var.

Lent.az-ın xəbərinə görə, xoşbəxt sonluğun yaşandığı 20 illik macəranın acısı və şirinliyi ilə pərdə arxasında yaşananlar belədir.

Bütün dünya tərəfindən "Bennifer" kimi tanınan Cennifer Lopez (53 yaş) və Ben Afflekin (50 yaş) cütlüyü 20 ildən sonra yenidən bir araya gəlib və ötən iyul ayında sadə bir toy mərasimi ilə evləniblər.

Bir neçə gün əvvəl Cennifer Lopezin ABŞ-ın Corciya ştatındakı evində yaxın dostları ilə 3 gün 3 gecə davam edən toyla evlilik andlarını təkrarladığı mərasimdə yalnız cütlüyün yaxınları iştirak edib. 20 illik sevginin bir araya gəldiyi bu günlərdə hər kəs ikisinin bir-birindən ayrı keçirdikləri 20 ili maraqlandırırdı. Budur 'Bennifer' cütlüyünün bir-birini gördükləri andan evlilik hekayəsinə qədər bütün yaşadıqları...
 
 Hər şey”Gigli”nin çəkilişində başlayıb

Ben Afflek və Cennifer Lopez arasında ilk sevgi qığılcımı birlikdə rol aldıqları "Gigli" filminin çəkiliş meydançasında başlayıb. 2001-ci ildə çəkilən film zamanı Cennifer Lopez ikinci əri, aktyor Kris Judd ilə evli idi.

Ben Affleklə tanış olan Cennifer Lopez evliliyini bitirmək qərarına gəlib və qısa müddət sonra cütlük boşanıb. Onların münasibətləri 2002-ci ildə Afflek və Lopez kameralara səmimi şəkildə çəkiləndə açıq-aşkar təsdiqlənib. Qısa müddət sonra Lopezin hit mahnılarından biri olan 'Cenny From the Block' mahnısının klipi yayımlanıb və Ben Afflek də klipdə yer alıb.

Qısa müddətdən sonra Ben Afflek Cenniferə 2,5 milyon dollarlıq Harri Uinston markasından, 6,1 karatlıq çəhrayı brilyant üzük almaqla evlənmək təklif edib. Cennifer Lopez üzüyü "gördüyüm ən heyrətamiz şey" adlandırmışdı.

2002-ci ilin oktyabrında çəkilən klip cütlük üçün uğurlu sayıla bilərdi, çünki düz bir ay sonra nişanlandıqlarını elan ediblər. Hər zaman bir yerdə olan və birlikdə olmaqdan həzz alan cütlük qısa zamanda hər kəsin sevimlisinə çevrilib. Lakin toy xəbərini gözləyən pərəstişkarları cütlüyün açıqlaması ilə tamamilə şoka düşüblər.

Toy təxirə salındı
 
Medianın hədsiz maraq və təzyiqi nəticəsində Afflek və Lopez cütlüyü gözlənilməz açıqlama verib. Cennifer Lopez, "Medianın diqqətini çəkdiyi üçün toyumuzu başqa bir tarizə təxirə salmaq qərarına gəldik. Paparassilərin təzyiqindən qurtulmaq üçün üç fərqli yerdə üç saxta toy təşkil etmək fikrini ciddi şəkildə düşünəndə bir şeyin fərqinə vardıq, səhv idi. Ailəmizlə qeyd etmək istədiyimiz həyatımızın ən xoşbəxt və ən özəl gününün bu təzyiqə görə zərər görəcəyini hiss etdik”, - demişdi.

Toylarını təxirə salan “Bennifer” cütlüyü toylarını ləğv etdiklərini və dərhal sonra ayrıldıqlarını mətbuatla bölüşüblər. Əvvəlcə dərin susqunluğa bürünən cütlük daha sonra qaldıqları yerdən həyatlarına davam ediblər.
 
Başqaları ilə evləniblər

Tam bir sevginin ortasında ikən ayrılan cütlük, ayrıldıqdan qısa müddət sonra başqa insanlarla evləniblər. Cennifer Lopez 2004-cü ildə Mart Entoni ilə, Ben Afflek isə "Pearl Harbor" və "Daredevil" filmlərində birlikdə çalışdığı Cennifer Qarnerlə evlənib. Bu dövrdə hər ikisinin uşaqları olub, lakin nəyinsə yanlış getməsi nəticəsində Cennifer Lopez və Mark Entoni 2014-cü ildə, Ben Afflek və Cennifer Qarner isə 2018-ci ildə boşanıblar.

“Ben Afflek və onun keçmiş həyat yoldaşı Cennifer Qarnerin iki qız və bir oğlan olmaqla üç övladı var. Onların böyük qızı 16 yaşlı Violet Anne Afflekdir. Onların 13 yaşlı ikinci qızının adı Serafina Rose Elizabet Afflekdir. Cütlüyün ən kiçik övladı onların 10 yaşlı oğlu Samuel Qarner Afflekdir. Cennifer Lopez və Mark Entoninin 14 yaşlı əkiz uşaqları var. Əkiz qardaşlar isə Maksimilian David Muniz və Emme Maribel Munizdir”.

Yenə bir-brinə qovuşa bilmədilər

Cütlüyün 2004-cü ildə gözlənilmədən ayrılması, həyatlarına qədəm qoyan fərqli insanlar və ikisinin evliliyinin uzun sürməsi onları bir yerdə görmək istəyən pərəstişkarları üçün hər zaman xəyal qırıqlığına səbəb olub. Bəziləri hələ də bir-birlərini unuda bilmədiklərini, bəziləri isə hətta bir-birlərinə nifrət etdiklərini düşünürdülər. Heyranları bu ayrılıq qərarını kimin verdiyi ilə bağlı fikir ayrılıqlarına görə iki yerə bölünmüşdü.

Cütlüyün ayrılma qərarından sonra bəziləri Cennifer Lopezin evlənmək və uşaq sahibi olmaq istədiyi üçün bu qərarı verdiyini, lakin Afflekin buna hazır olmadığını söyləyirdi. Ben Afflekin ayrıldığını düşünənlərin arqumenti tamam başqa olub. Onlara görə, Lopez Afflek üçün çox məşhur və məşğul qadın idi. Şöhrətin zirvəsində bir qadınla evli olmaq çətin idi və Afflek buna görə Lopezdən ayrılmış ola bilər. Halbuki heç bir zaman həqiqətin nə olduğu dəqiqləşdiriməyib...

Lopez və Afflek həyat yoldaşlarından ayrıldıqdan sonra onların həyatına başqa insanlar daxil olub. Cennifer Lopez yaxın vaxtlara qədər Aleks Rodriguezlə birlikdə idi. Hətta nişanlı idilər və evlənmək ərəfəsində idilər. Ancaq nədənsə münasibətləri nəticə verməyib və 2021-ci ilin martında ayrılıblar. Ben Afflek cəbhəsində vəziyyət fərqli deyildi, prodüser Lindsay Shookus və aktrisa Ana de Armas kimi adlar onun həyatına girmişdi, lakin münasibətləri qısa müddətli olub.

İlk addımı Ben Afflek atıb

Cennifer Lopez və Ben Afflekin illərdir heç bir əlaqəsi olmayıb. İllər sonra bu münasibəti yenidən alovlandıran, Ben Afflekin Cennifer Lopezin "The Hustlers" filmindəki uğuruna görə “Oskar”a namizəd göstərilməsini lazım olduğunu söyləməsi oldu. Ben Afflek “New York Times2in müxbiri Brooks Barnesa böyük sevgisi haqqında deyib: "O, namizəd olmalı idi. Onunla əlaqə saxlayıram və ona çox hörmət edirəm. İlk bədii filmini 50 yaşında çəkməsi necə də gözəldir! Bu, çox uğurlu bir filmdir".

Lakin Ben Afflekin açıqlaması o dövr üçün, yəni 2021-ci ilin aprel ayına qədər çox diqqət çəkməyib. İlk dəfə Lopezin evinin eyvanında görüntülənən Ben Afflek sonradan məşhur ulduzla tətilə çıxanda birlikdə görünüblər.

“Benifer” cütlüyünü yenidən birlikdə görənlər əmin idilər ki, onların sevgisi yenidən alovlanıb. Cütlük açıqlama verməsə də, kameralara verdikləri səmimi görüntülər bu münasibəti təsdiqləyib. Tezliklə birlikdə olduqlarını təsdiqləyərək, bu münasibətə tamamilə sadiq olduqlarını və hər iki tərəfin uşaqlarının da daxil olduğu bir həyat arzuladıqlarını söyləyiblər.

Ən sevdiyi yerdə evlənmək təklifi

Cütlük yenidən birləşdikdən sonra, 2022-ci ilin aprelində Ben Afflek Cennifer Lopezə yenidən evlilik təklifi edib. Üzüyün rəngi bu dəfə çəhrayı deyil, yaşıl idi. Yaşıl rəngi çox sevdiyini və bunun onun şanslı rəngi olduğunu xatırladan Cennifer Lopez deyib: "Şənbə gecəsi, yer üzündə ən sevdiyim yerdə (köpük hamamında) olarkən, gözəl sevgim diz çöküb evlilik təklifi etdi. Gülərək və ağlayaraq onun gözlərinə baxdım. Bunun baş verdiyini dərk etməyə çalışırdım. 20 il sonra yenə. Mən sözün əsl mənasında susdum. O da “Bu bir “Bəli” cavabıdırmı?” Mən dedim: “Bəli, əlbəttə, bu, bəlidir”.
 
 Və xoşbəxt sonluq: Cennifer Affleklə evləndi

2022-ci ilin iyul ayında cütlüyün evləndiyi və Cennifer Lopezin Afflek soyadını götürdüyü açıqlandı. Sadə bir toy mərasimindən sonra 3 gün 3 gecə davam edən toyla yenidən evlilik andı içən cütlüyün şənliyinə bir çox məşhur qatılıb. Cütlük qonaqları üçün sürpriz hədiyyələr, dizayner çantaları və şokoladlar hazırlayıb. 20 illik sevginin möhtəşəm bir qovuşma ilə bitməsinə şahid olanlar xoşbəxtlik diləyiblər.
 
 


 

# 4392
avatar

Oxşar yazılar