Ceyhun Cəlilov
12 noyabr 2025 13:06 (UTC +04:00)

Ceyhun Cəlilov

Naxçıvanın yeni rəhbəri Ceyhun Cəlilov kimdir? - BİOQRAFİYA

0

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.

Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Lent.az Naxçıvanın yeni rəhbərinin bioqrafiyasını təqdim edir:

Ceyhun Cəlilov harada anadan olub?

Cəlilov Ceyhun Ramiz oğlu 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.

Ceyhun Cəlilov harada təhsil alıb?

Ceyhun Cəlilov 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib. Hazırda İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirir.

Ceyhun Cəlilov hansı vəzifələrdə çalışıb? 

2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində BP Caspian şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.

1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri olub.

Ceyhun Cəlilov sonuncu təyinata qədər hansı vəzifəni tutub?

Ceyhun Cəlilov bu təyinata qədər Naxçıvan Muxtar Respublikasının Baş naziri olub.

Ceyhun Cəlilovun ailə vəziyyəti necədir?

Ceyhun Cəlilov evlidir, iki övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 752

Oxşar yazılar