Gülər Əhmədova YAP-dan çıxarılmayıb

Siyavuş Novruzov Gülər Əhmədovanın partiyadan çıxarılması xəbərini təkzib edib
“Gülər Əhmədova partiyamızın sıravi üzvüdür, partiya sıralarından xaric olunmayıb”. Lent.az-ın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov söyləyib.

Xatırladaq ki, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bu gün jurnalistlərə açıqlamasında Gülər Əhmədovanın partiya sıralarından çıxarıldığını söyləmişdi.

Siyavuş Novruzov isə bildirib ki, partiya nizamnaməsinə görə, üzvlərin YAP-dan xaric edilməsi məsələsinə ilk partiya təşkilatlarında baxılır: “Gülər Əhmədova hələ YAP-ın üzvüdür. Gülər Əhmədova ilə bağlı qərarı da daxil olduğu ilk partiya təşkilatı, Yasamal rayon təşkilatı verməlidir”.

Ramiz

LENT

25 May 2019

Digər xəbərlər >>>