Online ödəmə

wap.lent.az
ANA SƏHİFƏ SON XƏBƏRLƏR SİYASƏT SOSİAL HADİSƏ İQTİSADİYYAT DÜNYA AVTO MƏDƏNİYYƏT MAQAZİN İDMAN TEXNOLOGİYA GLAMOUR FOTOQALEREYA VİDEO
 

DİQQƏT, MÜSABİQƏ!

 “QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” mükafatlandırılacaq

  Media İnkişaf Mərkəzi KİV-in monitorinqinə başlayıb

Media İnkişaf Mərkəzi İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sifarişi ilə icra olunan “Azərbaycanda üçüncü sektorun inkişafına media dəstəyi” layihəsi çərçivəsində KİV-də QHT fəaliyyətinin işıqlandırılması məsələsi təşkilat tərəfindən monitorinq edilir.

Monitorinq zamanı gündəlik qəzetlərdə, telekanallarda və internet saytlarında QHT fəaliyyətinə, QHT-lərə Dövlət Dəstəyi Şurasının işinə, Şuranın milli donor kimi maliyyələşdirdiyi layihələrin həyata keçirilməsinə, ümumiyyətlə, ictimai sektora aid məlumat və materialların yayımı izlənəcək. Nəticələr əsasında “QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” nominasiyası üzrə qaliblər müəyyən ediləcək və onlara pul mükafatları veriləcək. Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparılacaq:

  1. müntəzəmlik
  2. ictimai aktuallıq və səmərəlilik
  3. əhatəlilik
  4. obyektivlik
  5. operativlik

Monitorinqin nəticələri 2009-cu ilin dekabr ayında elan olunacaq.
Mükafat fondu 2950 manatdır.
Məlumat və materialları hazırlayan, yayan qəzetlər, televiziyalar və saytlar üzrə ayrı-ayrılıqda ilk üç yerin sahibləri aşağıdakı qaydada mükafatlandırılacaq:

1-ci yer: 300 manat
2-ci yer: 250 manat
3-cü yer: 200 manat

Monitorinqə cəlb edilmiş başqa KİV və jurnalistlərə isə həvəsləndirici mükafatlar veriləcək.

 

Media İnkişaf Mərkəzi İctimai Birliyi

   
 

 

Adı taleyimizdən keçən saxta kapitan, dələduz, inqilabçı... - PORTRET



Sönməyən məşəl haqqında dastan...

 

Sayt haqqında Əlaqə Reklam

Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 5.x ilə tam dəstəklənir.
© 2010 LENT.AZ Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.