“Donuz qripi” Azərbaycanda!
04 noyabr 2009 11:45 (UTC +04:00)

“Donuz qripi” Azərbaycanda!

Dünyanın qorxuya salan “donuz qripi” virusu artıq Azərbaycanda da qeydə alınıb.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, A/H1N1 qripi Kürdəmir rayonu sakinində tapılıb. Ukraynanın İvanovo-Frankovsk vilayətində müvəqqəti yaşayan həmin şəxsin oktyabr ayının sonunda Azərbaycana gəldiyi deyilir.


Nazirlikdə bildirirlər ki, hazırda xəstə Elmi-tədqiqat Ağciyər Xəstəlikləri institutunda hospitallaşdırılıb və həkimlərin müşahidəsi altında spesifik müalicə kursu keçir. Onunla təmasda olmuş şəxslər arasında kompleks profilaktik tədbirlər həyata keçirilir.

Elxan SALAHOV
# 813

Oxşar yazılar