Əlibala Hacızadə dünyasını dəyişib
12 oktyabr 2009 11:33 (UTC +04:00)

Əlibala Hacızadə dünyasını dəyişib

O, 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. 1966-1970-ci illərdə Əfqanıstanda mütərcimlik edib, hazırkı vaxta qədər Azərbaycan Milli Elmlər Akademiyasında işləyib.

1956-cı ildə yazdığı "Mənim müəlliməm" adlı ilk hekayəsi ilə ədəbi yaradıcılığa başlayan müəllif "Təyyarə kölgəsi", "Əfsanəsiz illər", Ayrılığın sonu yoxmuş", "Vəfalim mənim" və s. əsərləri qisa müddətdə tanınıb sevilib. "İtkin gəlin" trilogiyasını yaratmaqla isə Hacızadə milyonlarla oxucunun qəlbini fəth edib. Bu roman əsasında yazdığı ssenariyə 12 seriyalı bədii televiziya filmi çəkilib (1993-1994).

Mərhumla vida mərasimi bu gün saat 15:00-da Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək.
# 1460

Oxşar yazılar