Gəncədə vəhhabilərin məscidi bağlandı
16 sentyabr 2009 16:00 (UTC +04:00)

Gəncədə vəhhabilərin məscidi bağlandı

Bu gün Gəncə şəhərindəki “Cümə məscidi” bağlanıb.

Bu barədə Lent.az-a Gəncədəki mənbələrdən bildirilib. Məlumatda əvvəllər kilsə olan tikilinin sonradan məscid kimi fəaliyyət göstərdiyi deyilir. Məscidin imamı və icmanın rəhbəri İlham İbrahimov Lent.az-a açıqlamasında məlumatı təsdiqləyib: “Bizə gəlib demişdilər ki, dini icmalar yenidən dövlət qeydiyyatından keçməlidir. Biz də sənədləri hazırlamışıq. Ancaq bu gün gəlib möhürlədilər, dedilər ki, qeydiyyatdan keçməmişik”.

“Cümə məscidi” adlanan məscid Gəncənin Nizami rayonunun Şahsevənlər məhəlləsində yerləşir (Cavadxan küçəsi 9-cu döngə). Burada məhəlləylə eyniadlı icma da fəaliyyət göstərir. Məscidə gələnlər isə əsasən, əhali arasında “vəhhabi” kimi tanınan şəxslər olur. “Cümə məscidi”nə adi günlərdə 30-50, həftənin cümə günlərində isə 200-300 insan yığışıb ibadət edirmiş.

Pərvin ABBASOV
# 738

Oxşar yazılar