Azərbaycanlı iqtisadçı MSŞT-nin Beynəlxalq İdarə Heyətində
07 fevral 2011 15:38 (UTC +04:00)

Azərbaycanlı iqtisadçı MSŞT-nin Beynəlxalq İdarə Heyətində

Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının Şura üzvü Sabit Bağırov MSŞT-nin Beynəlxalq İdarə Heyətinin üzvü seçilib.


Bu barədə Lent.az-a koalisiyanın informasiya xidmətindən Lent.az-a bildiriblər. Məlumatda deyilir ki, bundan əvvəl MSŞT-nin Beynəlxalq İdarə Heyətində ölkəmizi tanınmış iqtisadçı-alim İnqilab Əhmədov təmsil edirdi. Onun 2 illik fəaliyyətindən sonra Vətəndaş Cəmiyyətinin təmsilçisinin regionun digər ölkəsindən seçiləcəyi gözlənilsə də, seçimlərdə növbəti dəfə Azərbaycana üstünlük verilib.

Elxan SALAHOV
# 497

Oxşar yazılar