Məcburi köçkünlərə, qaçqınlara və imkansız ailələrə yardım paylanıb
07 fevral 2011 13:13 (UTC +04:00)

Məcburi köçkünlərə, qaçqınlara və imkansız ailələrə yardım paylanıb

Bu barədə Lent.az-a BAMF-dan məlumat verilib. BAMF rəhbərliyi tərəfindən humanitar yardımın paylanması üçün əvvəlcədən işçi qrupu yaradılıb. Yardımların Tərtər rayonunda məskunlaşmış məcburi köçkünlər və aztəminatlı ailələrə paylanılması məqsədəuyğun sayılıb. Bu məqsədlə işçi qrup rayona səfər edib, rayon İcra Hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının rəhbərləri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi və icma nümayəndələri ilə görüşlər keçirib, ehtiyac içində yaşayan məcburi köçkünlər barədə məlumatlar toplayıb.


2010-cu ilin dekabr, 2011-ci ilin isə yanvar aylarında rayon icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının rəhbərləri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi və icma nümayəndələrinin yaxından iştirakı və müşahidəsi ilə yardımların paylanışı həyata keçirilib. Ayrılmış yardım (kombinezon, köynək, yataq kisəsi, müxtəlif növ paltarlar, ayaqqabılar, gigiyenik dəst, odeyal) Tərtər rayonunun bir sıra kəndlərində və yaşayış məntəqələrində məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə, aztəminatlı ailələrə, Qarabağ müharibəsi əlillərinə, tənha və kimsəsizlərə (bütövlükdə 1893 ailəyə) paylanıb.


BAMF 15 ildən çoxdur ki, qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olur. Fond bir çox beynəlxalq qurumlarla yanaşı Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE) üzvüdür. BAMF bir təşkilat olaraq dəfələrlə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, “Caunterpart” təşkilatının xətti ilə bu işi həyata keçirib.


Xatırladaq ki, paylanma ilə bağlı xərcləri BAMF özü ödəyib.
# 834

Oxşar yazılar