Səhiyyə Nazirliyi çörəyin keyfiyyətini yoxlayacaq
07 fevral 2011 13:07 (UTC +04:00)

Səhiyyə Nazirliyi çörəyin keyfiyyətini yoxlayacaq

Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, ötən il aparılan yoxlamalar zamanı çörəyin keyfiyyəti ilə bağlı bir o qədər də narahatedici faktlar aşkarlanmayıb.

Saxlanma müddətinin uzadılması məqsədilə çörəyin, xüsusilə də qara çörəyin tərkibinə farmalin vurulması ilə bağlı səslənən fikirləri təkzib edən İ. Abdullayev deyib ki, bu dərmanların çox kəskin qoxusu var: “Buna görə də ondan bir damcı belə çörəyə vurularsa, o çörəyə yaxın getmək mümkün olmaz. Çörəyin tərkibi yalnız buğda unu, çovdar unu və onların qarışığından, eyni zamanda su və duzdan ibarət ola bilər. Bunların da insan orqanizminə heç bir zərəri yoxdur”.

O, yoxlamalara bu ilin yaz aylarında başlanacağını əlavə edib.
# 623

Oxşar yazılar