Sabah bəzi rayonlara qar yağacaq
07 fevral 2011 12:16 (UTC +04:00)

Sabah bəzi rayonlara qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 5-8 dərəcə isti olacaq.

Fevralın 7-də Azərbaycanın rayonlarında hava, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam, əsasən şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Fevralın 7-dən 8-nə keçən gecə və səhər Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, gündüz havanın arabir açılacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında, əsasən şimal və şərq rayonlarında havanın yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı, gündüz yağıntıların tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Fevralın 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Lakin fevralın 9-da atmosfer təzyiqinin kəskin enməsi fonunda güclü cənub küləyinin əsməsi, 10-da isə təzyiqin xeyli yüksəlməsi, küləyin arabir güclənən xəzri küləyi ilə əvəz olunması gözlənilir. Hava şəraitinin belə təzadlı dəyişkənliyi ürək-damar xəstəlikləri olan meteohəssas insanlar üçün əlverişsizdir.
# 507

Oxşar yazılar