7 həkimdən 3-ü imtahandan “kəsilib” - SİYAHI
04 fevral 2011 18:32 (UTC +04:00)

7 həkimdən 3-ü imtahandan “kəsilib” - SİYAHI

Səhiyyə Nazirliyinin praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan həkimlərin sertifikasiyası məqsədilə fevralın 2-də keçirdiyi imtahanda uğur qazananların adları artıq bəllidir. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, revmatologiya ixtisası üzrə keçirilən imtahanlarda 7 həkim iştirak edib.

İmtahan nəticələrinə əsasən, onlardan heç kəs mümkün 100 balı toplaya bilməyib. Belə ki, imtahanda iştirak edən 7 həkim arasında 99 balla ən yüksək göstəriciyə 2 nəfər nail olub. İmtahan iştirakçılarından 3 nəfəri isə növbəti mərhələyə keçid üçün tələb olunan 60 balı toplaya bilməyib. Bu həkimlərdən biri mümkün 100 baldan 51, digəri 46, üçüncüsü isə cəmi 20 bal toplayıb.

Xatırladaq ki, imtahanın şərtlərinə əsasən, həkimlər 3 saat ərzində 100 sualdan ən azı 60 suala düzgün cavab verməlidir. Hər sual 1 balla qiymətləndirilir. Bu şərti ödəyən həkimlər növbəti mərhələyə - 5 il müddətinə sertifikat almaq üçün müsahibəyə buraxılır. İmtahanda 60 baldan aşağı nəticə göstərənlər isə yenidən imtahan verməlidir. İkinci imtahanda da tələb olunan keçid balını toplaya bilməyən həkimlərin praktik tibb fəaliyyəti göstərə bilməzlər. Onlar yalnız bir müddət də hazırlaşıb yenidən imtahan verməli və sertifikasiya üçün tələb olunan balı toplamalıdırlar.

Fevralın 2-də keçirilən test imtahanlarında iştirak edənlərin nəticələri:

Düz

İş nömrəsi

Soyadı

Adı

Atasının adı

99

000249

Hüseynova

Səidə

İbrahim

20

000355

Ülfətəhər

Gülüstan

Həsən

96

000461

Hüseynova

Cəmilə

Hidayət

92

000505

Məcidova

Aidə

Ağababa

99

000618

Həsənova

Sevinc

Məhəmmədhadi

51

000625

Əfəndiyeva

Eltosət

Qulu

46

000672

Səmədova

Leyla

Allahverən


Elxan SALAHOV
# 708

Oxşar yazılar