AFFA Berti Foqstla müqaviləni uzatmayacaq
12 avqust 2009 11:00 (UTC +04:00)

AFFA Berti Foqstla müqaviləni uzatmayacaq

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun AFFA ilə mövcud müqaviləsi 2009-cu ilin sonlarında başa çatacaq. Lent.az-ın məlumatına görə, almaniyalı mütəxəssisin yığmamızdakı taleyinə AFFA İcraiyyə Komitəsinin qarşıdakı aylarda keçiriləcək iclasında aydınlıq gələcək.

Foqts yığmamızın Avropa səviyyəsinə çatması üçün 5 ilədək vaxta ehtiyacının olduğunu bildirir. Lakin onun köməkçisi, qapıçılarla işləyən məşqçi Uli Ştayn müqavilənin uzadılma məsələsinə şübhə ilə yanaşıb: “Əlbəttə, burada görüləsi və yenidən qurulası bir çox iş var. Beynəlxalq arenada rol oynaya bilməyimiz üçün üç, dörd, hətta beş ilə ehtiyacımız var. Ancaq bizə bu qədər vaxt verəcəklərini düşünmürəm”.

Qeyd edək ki, 63 yaşlı mütəxəssis Berti Foqts Azərbaycan millisinə 2007-ci ilin martından rəhbərlik edir.
# 1477

Oxşar yazılar