Sanitariya-epidemioloji xidmət qurumlarının fəaliyyəti araşdırılacaq
03 fevral 2011 12:10 (UTC +04:00)

Sanitariya-epidemioloji xidmət qurumlarının fəaliyyəti araşdırılacaq

Səhiyyə nazirinin müavini, Respublikanın Baş Dövlət Sanitariya həkimi tərəfindən dövlət sanitariya-epidemioloji nəzarəti zamanı Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 28 sentyabr 2002-ci il tarixli 790 nömrəli Fərmanının icra vəziyyətinə həsr olunmuş müşavirə keçirilib.

Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müşavirədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin və Bakı şəhərinin rayon gigiyena və epidemiologiya mərkəzinin rəhbərləri iştirak ediblər. Tədbirdə qeyd olunub ki, 2010-cu ildə sanitariya-epidemioloji xidmət qurumları tərəfindən ölkə əhalisinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərilib. Lakin bununla yanaşı, yerli sanitariya nəzarəti orqanları tərəfindən bir sıra hallarda fərmanın icrasında pozuntulara yol verildiyi vurğulanıb, sahibkarlıq subyektlərinin fəaliyyətinə lüzumsuz müdaxilələrin edilməsi, qanunsuz yoxlamaların aparıldığı qeyd edilib. Tapşırılıb ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-Epidemioloji Şurasında bu məsələyə baxılsın və bu sahədə pozuntulara yol vermiş məsul şəxslərə qarşı müvafiq tədbirlər görülsün.

Bundan əlavə respublikanın rayonlarında, o cümlədən Bakı şəhərində dövlət sanitariya-epidemioloji nəzarət xidmətinin fəaliyyətinin araşdırılması məqsədilə monitorinqin aparılması və lazımi tədbirlərin həyata keçirilməsi tapşırılıb.
# 976

Oxşar yazılar