Parisdə də magistr təhsili almaq imkanı
01 fevral 2011 18:53 (UTC +04:00)

Parisdə də magistr təhsili almaq imkanı

Lent.az-ın məlumatına görə, tədris proqramı 3 mərhələdən ibarətdir. Birinci mərhələdə namizəd yaşadığı ölkədə distant təhsili alacaq. İkinci mərhələdə proqram Fransanın paytaxtı Parisdə davam edəcək. Üçüncü mərhələdə isə kurs müddətində tələbələr üçün müxtəlif ölkələrin təhsil sistemləri ilə tanış olmaq məqsədi ilə iki tədris səfəri təşkil olunacaq.

Xatırladaq ki, 10 aylıq magistr proqramı kursunda işçi dil ingilis və fransız dilləridir. Bu proqramda 30-45 yaşlı şəxslər iştirak edə bilər. Şərtlərə əsasən, namizədlər təhsil, maliyyə, planlaşdırma üzrə dövlət qurumları, dövlət qulluğu komissiyaları, milli tədqiqat və təlim institutları, universitet və ya müvafiq sahədə fəaliyyət göstərən QHT-ni təmsil etməlidir. İştirakçılardan ingilis və ya fransız dilini mükəmməl səviyyədə bilmək tələb olunur. Həmçinin bu proqramda yalnız təhsil, iqtisadiyyat, statistika və bu kimi sahələrdə ən azı bakalavr dərəcəsinə malik olan şəxslər iştirak edə bilər. malıdır.

Proqramda iştirak xərci 6500 avro, ümumi yaşayış xərci isə 15.500 avro məbləğindədir.

Elxan SALAHOV
# 594

Oxşar yazılar