Məleykə Abbaszadə narazıdır
31 iyul 2009 13:45 (UTC +04:00)

Məleykə Abbaszadə narazıdır

Ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin 66 min 221-i builki məzunlardır. Onların yarıya qədəri – 33 mindən çoxu 139,5 baldan da aşağı nəticə göstərib.

Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu il ali məktəblərə qəbulda orta bal 180 olub.

Məleykə Abbaszadə deyib ki, bu il abituriyentlərin 31 faizi 0-100 bal, 22,6 faizi 100-200 bal, 18,2 faizi 200-300 bal, 21,2 faizi 300-500 bal, cəmi 6,4 faizi isə 700-700 bal arasında nəticə göstərib.

Komissiya sədri “Bu nəticəni qənaətbəxş saymaq olarmı?” sualına cavab olaraq bunları deyib: “Nəticə təbii ki, qənaətbəxş deyil. Çünki 0-100 bal arasında nəticə göstərən abituriyentlərin sayı 31 faiz təşkil etdiyi halda 500-700 intervalında bu rəqəm cəmi 6,4 faizdir. Əgər minimum və maksimum bal intervalındakı faiz göstəriciləri bir-birinə yaxın olsaydı, imtahanın nəticələrini müsbət saymaq olardı. Təəssüf ki, həmin fərq olduqca böyükdür və belə olan halda nəticəni qənaətbəxş saymaq olmaz”.

Elxan SALAHOV
# 960

Oxşar yazılar