Bakıya qar yağacaq
02 fevral 2011 08:00 (UTC +04:00)

Bakıya qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağıntılı olacağı, arabir sulu qara, fevralın 1-dən 2-ə keçən gecə yarımadanın bəzi yerlərində qara keçəcəyi gözlənilir.
Arabir güclənən şimal küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 3-5 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, fevralın 2-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.
# 443

Oxşar yazılar