“Donuz qripi” Azərbaycana da gəldi
30 iyul 2009 11:30 (UTC +04:00)

“Donuz qripi” Azərbaycana da gəldi

Azərbaycan Respublikasında ilk A/H1/N1 qripi (“donuz qripi”) qeydə alınıb.

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 27.07.2009-cu il tarixində Fransadan və 29.07.2009-cu il tarixdə İngiltərədən səfərdən qayıtmış Bakı və Gəncə şəhər sakinlərində xəstəlik aşkar edilib. Xəstələrin vəziyyətləri kafidir və onlar həkimlərin müşahidəsi altında müalicə kursu keçirlər.
Xəstələrlə təmasda olmuş şəxslər arasında kompleks profilaktik tədbirlər həyata keçirilir.
# 667

Oxşar yazılar