Bakıda Lütfi Zadənin 90 illiyi ilə bağlı tədbir keçiriləcək
01 fevral 2011 11:39 (UTC +04:00)

Bakıda Lütfi Zadənin 90 illiyi ilə bağlı tədbir keçiriləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda anadan olub.


1942-ci ildə Tehran universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.
1944-cü ildə böyük alim Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib, 1946-cı ildə elektrik mühəndislik sahəsi üzrə diplom alıb. Kolumbiya Universitetinin aspiranturasına daxil olan Lütfi Zadə 1949-cu ildə dissertasiya müdafiəsindən sonra həmin təhsil müəssisəsinin mühəndislik bölməsində assistent kimi fəaliyyətini davam etdirib. 1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edir.


Lütfü Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışını qeyri-səlis çoxluq kimi ifadə edib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakıda böyük alimin 90 illiyinə həsr olunmuş tədbir keçirməyi planlaşdırır.
# 1027

Oxşar yazılar