Diş ağrısı doğuşu tezləşdirir - MƏSLƏHƏT
15 iyul 2009 14:00 (UTC +04:00)

Diş ağrısı doğuşu tezləşdirir - MƏSLƏHƏT

Hamilə qadınlar dişlərini niyə itirir?

Planlaşdırılmış hamiləlikdə qabaqcadan müayinə olunmaqla, orqanizmin sağlamlığı üçün lazım olan tədbirlər görülür. Unutmayın ki, hamiləlikdən əvvəl də bütün ağız içi müayinə və lazımlı rentgenlər edilməlidir. Beləliklə, qadınlar qabaqcadan bəzi tədbirlər görərək, problemsiz bir hamiləlik keçirdə bilərlər. Ağız və diş sağlamlığı mütəxəssisi, dosent Ərhan Palamutçu, hamiləlikdə diş sağlamlığı ilə bağlı diqqət çəkən məqamları anladır.

Hamiləlik müddətində xoş xasiyyətli diş xəstəlikləri artar və hamiləliyin sonunda öz-özünə keçər.

Səhərlər ürək bulantıları olan, tez-tez qusan hamilələrdə dişlərdə yaranan çürük səviyyəsi yüksək olduğu üçün dişlərin yeyilməsi, çürüməsi, həssaslığı artar. Bu problemin qarşısını almaq mümkündür. Qusandan sonra dişlərini həmin dəqiqə fırçalamaq olmaz. Çünki dişlərdə yeyilmə güclənə bilər. Buna görə də qusandan sonra həmin dəqiqə ağızı bol su ilə yaxalamaq və ancaq 20-30 dəqiqə sonra dişləri fırçalamaq daha yaxşıdır. Hamilə qadınlarda fırçalamaq bulantını artırırsa, ən azından bol su ilə ağızı yaxalamaq yenə də faydalı olacaq.

Çoxları hesab edir ki, ana bətnindəki uşaq ananın bədənində olan kalsiumu çəkib götürdüyü üçün dişlərini çürüdər. Ancaq bu düz deyil. Uşaq kalsiumu ilk öncə istifadə edilən qidalardan, sonra isə ananın sümüklərindən alır. Hamiləlik vaxtı yaranan çürüklər ağız baxımının səviyyəsi və digər faktorlardan irəli gəlir.

Hamiləliyin ilk 3 ayı uşağın inkişafının başladığı və ən tez əmələgəlmə vaxtlarıdır. Bu aylarda məcbur qalmadıqca diş müalicəsi etdirməkdən çəkinmək lazımdır. Diş ətlərində şişmə, qızartı, qanama artdığı üçün diş və ağız təmizliyi bu vaxtlar əsasdır. 3-6 ay arasında olan vaxtlarda rentgen və diş çəkmək daxil olmaqla, bütün müalicələr edilə bilər. Bu vaxtlarda edilən hər hansı bir səhlənkarlıq, irəlidə ağrı səbəbi ilə doğuşun tezləşməsinə səbəb ola bilər.

Buna görə də başdan, yəni hamiləlikdən qabaq yoxlamadan keçməyibsinizsə də, hamiləliyin 3-6 ayında mütləq yoxlanışdan keçilməlidir. İlk 3 ayda yarana biləcək problemlərdə məcbur olmadıqca daha çox müvəqqəti müalicələr edilib, daimi müalicələr 3-6 ay arasındakı vaxtlarda və ya hamiləlikdən sonra edilə bilər. Xəstə qadın doğum mütəxəssisi ilə görüşüb, düşmə, vaxtından tez doğuş riski, həddindən çox qorxu, həyəcanlanmaq kimi səbəbləri çıxmaqla hər vaxt diş çəkilə bilər, müalicə oluna bilər. Çünki ağrının yaratdığı sıxıntı uşaq üçün daha zərərli ola bilər.

Hamiləlik dövründə tüpürcəyin azalması həssas diş ətlərinin daha pis vəziyyətə düşməsinə səbəb ola bilər.

Hamiləlik dövründə əmələ gələn ağrılar (tetrasiklin tipli antibiotiklərdən başqa) qadın doğum mütəxəssisi ilə məsləhətləşərək istifadə edilə bilər. Əgər çox vacibdirsə, rentgen də anaya geyindirilən qurğuşun paltarla çəkilə bilər. Hamiləlik dövründə qüvvətli olmaq, normal qidalanmaq, sağlam olmaq, dərmanlardan uzaq olmaq uşağın inkişafı üçün ən vacib faktorlardandır.

Türkiyə mətbuatından çevirdi: Səbinə Əvəzqızı

# 3420
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar