Bakıda yağışlı hava davam edəcək
01 fevral 2011 08:00 (UTC +04:00)

Bakıda yağışlı hava davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 1-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 5 dərəcə, axşam 2 dərəcəyə yaxın isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, fevralın 1-də havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-6 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta təşkil edəcək.

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında soyuq diskomfort şərait gözlənilsə də, meteoroloji amillərin zəif və mülayim tərəddüdləri əksər meteohəssas insanlar üçün nisbətən əlverişli sayıla bilər.
# 457

Oxşar yazılar