Şəmkirdə ər arvadının başını kəsdi
30 yanvar 2011 13:12 (UTC +04:00)

Şəmkirdə ər arvadının başını kəsdi

Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Şəmkir sakini, 1980-ci il təvəllüdlü Elnur Abbasov həyat yoldaşı, 1987-ci il təvəllüdlü Ləman Abbasovanın başını kəsib.

Hadisə rayonun Şiştəpə kəndində baş verib. İlkin məlumata görə, qətl ailə münaqişəsi zəminində törədilib. Ailənin 2 övladı qalıb.

Artıq qətli törədən E.Abbasov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2 maddəsi ilə (xüsusi amansızlıqla qəsdən adam öldürmə) cinayət işi başlanılıb.

Nizam Rza
# 1392
avatar

Pərvin Abbasov

Oxşar yazılar