Məhkəmə Fatih Terimə 5 il söyüş söyməyi qadağan etdi
17 iyun 2009 10:00 (UTC +04:00)

Məhkəmə Fatih Terimə 5 il söyüş söyməyi qadağan etdi

Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim idman yazarı Osman Tanburacını telefonla «bığını ...» deyə təhqir etdiyi üçün 1800 türk lirəsi məbləğində cərimələnib.

Lent.az-ın «Milliyet» qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul II Sülh Cəza Məhkəməsində keçirilən prosesə cavabdeh Fatih Terim və şikayətçi Osman Tanburacı qatılıblar.

Baş məşqçi idman yazarı haqda işlətdiyi ifadələrin doğruluğunu bildirib. Tanburacı isə Terimə qarşı iddiasını geri götürməyəcəyini bildirib. Nəticədə hakim 56 yaşlı mütəxəssisə təhqir suçu ilə günü 20 türk lirəsindən olmaqla 90 gün müddətində pul cəriməsi kəsib.

Terimin əvvəllər məhkum olunmaması, insani keyfiyyətləri, məhkəmə prosesindəki davranışlarını nəzərə alaraq, yenidən günah işləməyəcəyi qənaətinə gələn hakim 1800 türk lirəsi məbləğində cərimə hökmünün açıqlanmasını təxirə salıb. Baş məşqçi qarşıdakı 5 il ərzində söyüş söyməsə, hökm icra olunmayacaq və Terim cərimə ödəməyəcək. Əgər bu müddətdə yenidən və qəsdən söyüş söysə, hökm qüvvəyə minəcək.
# 1279

Oxşar yazılar