Milli Ordunun zabiti təlim zamanı dünyasını dəyişib
12 may 2009 20:20 (UTC +04:00)

Milli Ordunun zabiti təlim zamanı dünyasını dəyişib

Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, dünyasını dəyişən zabit Müdafiə Nazirliyinin Səngəçal qəsəbəsindəki hərbi hissəsində xidmət edən leytenant Kamil Xəlil oğlu Xəlilovdur. Onun hansı səbəbdən dünyasını dəyişdiyi hələlik məlum deyil.

Qeyd edək ki, K. Xəlilov 1983-cü ildə Ucar rayonunun Qazyan kəndində anadan olub, hərbi xidmətə Ucar rayon Hərbi Komissarlığından çağırılıb.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti ilə dəqiqləşdirmək mümkün olmayıb.
# 864

Oxşar yazılar