Xəzərdə Azərbaycan tankeri yandı – EKSKLÜZİV
02 may 2009 17:00 (UTC +04:00)

Xəzərdə Azərbaycan tankeri yandı – EKSKLÜZİV

Mayın 2-də saat 01.00 radələrində Xəzər dənizində üzən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Astara” tankerində yanğın baş verib. Bu barədə Lent.az-a məlumatlı mənbədən bildirilib. Hadisə 6300 ton mazut yükü olan tankerin Türkmənbaşı-Dübəndi limanları istiqamətində hərəkəti zamanı baş verib. Yanğının baş verməsinə səbəb isə tankerin maşın şöbəsinin sol baş mühərrikində yanacaq borusunun sıradan çıxması olub.

Fövqəladə Hallar Nazirliyinin Dənizdə Qəza Xilasetmə Qrupu ilə birgə Neft Donanmasının gəmiləri cəlb olunaraq yanğın 03.00 radələrində söndürülüb.

İlkin məlumata görə, hadisə nəticəsində gəminin heyət üzvlərinə və yükə zərər dəyməyib.

Tanker hazırda Neft Donanmasına məxsus “Ehram Xalıqov” gəmisi tərəfindən yedəyə alınaraq Dübəndi limanı istiqamətində hərəkətdədir.

Pərvin ABBASOV
# 1130

Oxşar yazılar