Neft Akademiyasında dərslər bərpa edilməyib
01 may 2009 17:00 (UTC +04:00)

Neft Akademiyasında dərslər bərpa edilməyib

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) dərslər bərpa edilməyib.

Lent.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, hazırda bütün tələbələr məktəb binasının qarşısında yığışıb. Ali məktəbin binasındakı pilləkənlərə şam və tər qərənfillər düzülüb. Akademiyada bu gün dərs keçirilmir.

Ancaq ADNA-nın prorektoru Zaur Əhmədov Lent.az-a Akademiyada dərslərin bərpa olunduğunu deyib. O bildirib ki, hadisə nəticəsində qan yayılmış yerlər yuyulub, təmizlənib, tələbələrin dərsə davamiyyəti isə normaldır.


Qeyd edək ki, aprelin 30-da məktəbə silahlı terror basqını edilib. Nəticədə 13 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Terror hadisəsini törədən Fərda Qədirov sonda özünü öldürüb

Pərvin Abbasov
# 1654

Oxşar yazılar