“Xəzər Lənkəran”ın tarixinə düşən yeni futbolçu
21 oktyabr 2010 14:10 (UTC +04:00)

“Xəzər Lənkəran”ın tarixinə düşən yeni futbolçu

Lent.az-ın məlumatına görə, gənc yarımmüdafiəçi karyerasında ilk dəfə “Xəzər Lənkəran” klubunun kapitanı kimi meydana çıxıb.

O, “ağ-yaşıllar”ın tarixinə kapitan sarğısı ilə meydana çıxan 16-cı futbolçu kimi düşüb. Buna əsas kapitan – qapıçı Kamran Ağayevin AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılması səbəb olub. Məhz onun yoxluğunda məsuliyyət Əmirquliyevə tapşırılıb.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın tarixində (bütün rəsmi yarışlar) 235 oyun olsa da, bunların biri baş tutmayıb. Lənkəran komandasına “Şəfa” ilə matçda (2004/2005-ci il mövsümü) texniki qələbə verilib. Digər qarşılaşmalarda isə ən çox kapitan sarğısını daşıyan Mahmud Qurbanov olub.

“Xəzər Lənkəran”ın kapitanları

1 Mahmud Qurbanov 59
2 Kamran Ağayev 46
3 Emin Quliyev 25
4 Samir Əliyev 24
5 Zaur Ramazanov 23
6 Dmitri Kramarenko 19
7 Arif Əsədov 14
8 Elmar Baxşıyev 10
9 Bəxtiyar Musayev 4
10-12 Alim Qurbanov 2
Füzuli Məmmədov 2
Junior Osvaldo 2
13-16 Aleksandr Martyoşkin 1
Ədəhim Niftəliyev 1
Rəşad Abdullayev 1
Rahid Əmirqulıiyev 1
# 687

Oxşar yazılar