Tuncay Şanlı Rail Məlikovu bu il oynamağa qoymadı
21 oktyabr 2010 13:27 (UTC +04:00)

Tuncay Şanlı Rail Məlikovu bu il oynamağa qoymadı

Məlikov bildirib ki, öncədən xaricdə müalicə olunma variantı nəzərdən keçirilsə də, sonradan elə Bakıda həkim nəzarətində qalması məqsədəuyğun sayılıb. Hazırda müalicəsini “Modern Hospital”da davam etdirən futbolçu bir ay sonra yüngül məşqlərə başlaya biləcəyini deyib: “Ayağımdakı gips açılsa da, sarğıda gəzirəm. Bir aydan sonra yüngül məşqlər edə biləcəyəm. Amma yaşıl meydançalara dönüşüm ilin sonunadək mümkün olmayacaq”.

Qeyd edək ki, Rail Məlikov oktyabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisinin Türkiyə yığması ilə keçirdiyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçında xəsarət alıb. O, 45-ci dəqiqədə rəqib futbolçu Tuncay Şanlı ilə toqquşma nəticəsində zədələnib. Ayaq bağları qırılan futbolçu oyunu davam etdirə bilməyib və onu Aleksandr Çertoqanov əvəzləyib. Oyun isə komandamızın qələbəsi ilə nəticələnib – 1:0.

Elşən MƏMMƏDOV
# 1067

Oxşar yazılar