“Qalatasaray”da ikinci Hacı dönəmi başlayır
21 oktyabr 2010 09:53 (UTC +04:00)

“Qalatasaray”da ikinci Hacı dönəmi başlayır

Frank Raykardla yollarını ayıran, Fatih Terimdən təklifinə “yox” cavabı alan “Qalatasaray”yın baş məşqçisi bu klubun əfsanəvi futbolçularından olmuş rumın əsilli Georgi Hacı olacaq.

Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Georgi Hacı ilə klub arasında 1,5 illik müqavilə imzalanacaq.

Bu, Georgi Hacının “Qalatasaray”da baş məşqçi kimi ikinci dönəmidir. Əfsanəvi futbolçu bu gecə klubun baş məşqçisi olmasına razılıq verib. O, bu gün İstanbula gələcək və müqaviləyə imza ataraq işə başlayacaq. “Qalatasaray”yın “Fənərbaxça”nı 5:1 hesabı ilə məğlub edərək Türkiyə kubokunu qazanan vaxt klubun baş məşqçisi postunda olmuş Hacını yenə də “Fənərbaxça” ilə çətin oyun gözləyir. Baş məşqçinin köməkçisi Tuqay Kerimoğlu olacaq.
# 683

Oxşar yazılar