Çempionlar Liqası: “Bursaspor” tarixi uğur arzusunda
20 oktyabr 2010 19:00 (UTC +04:00)

Çempionlar Liqası: “Bursaspor” tarixi uğur arzusunda

Lent.az-ın məlumatına görə, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Bursaspor” İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq.

“Old Trafford” stadionunda təşkil olunacaq qarşılaşmanı italiyalı baş hakim Canluka Ritsoli idarə edəcək. 2 turdan sonra “Mançester Yunayted” 4 xalla C qrupunda 1-ci pillədə qərarlaşıb. Hər iki oyunda qol vurmadan məğlub olan “Bursaspor” isə qrupda 4-cü yerdədir.

“Qırmızı şeytanlar” oyuna Rayan Giqqz, Ouen Harqrivz və Antonio Valensiyasız çıxacaqlar. Hər 3 oyunçu zədəlidir. Baş məşqçi Aleks Ferqyusonla problemlər yaşayan Ueyn Runinin də forma geyinəcəyi sual altındadır. “Bursaspor”da isə itki yoxdur.

Qeyd edək ki, Türkiyə çempionu meydançadan xalla ayrılmağı bacarsa, Çempionlar Liqasında ilk tarixi uğurunu əldə etmiş olacaq.

A qrupu

“İnter” (İtaliya) – “Tottenhem” (İngiltərə)
Baş hakim: Damir Skomina (Sloveniya)

“Tvente” (Hollandiya) – “Verder” (Almaniya)
Baş hakim: Klaus Bo Larsen (Danimarka)

B qrupu

“Şalke 04” (Almaniya) – “Hapoel” (Təl-Əviv, İsrail)
Baş hakim: Uillyam Kollam (Şotlandiya)

“Lion” (Fransa) – “Benfika” (Portuqaliya)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

C qrupu

“Reyncers” (Şotlandiya) – “Valensiya” (İspaniya)
Baş hakim: Nikola Ritsoli (İtaliya)

“Mançester Yunayted” (İngiltərə) – “Bursaspor” (Türkiyə)
Baş hakim: Canluka Rokki (İtaliya)

D qrupu

“Panatinaikos” (Yunanıstan) – “Rubin” (Rusiya)
Baş hakim: Manuel Qrefe (Almaniya)

“Barselona” (İspaniya) – “Kopenhagen” (Danimarka)
Baş hakim: Stefan Lannua (Fransa).

Bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
# 853

Oxşar yazılar