“Qarabağ”dan “Bakı”ya Adamiya zərbəsi
20 oktyabr 2010 18:18 (UTC +04:00)

“Qarabağ”dan “Bakı”ya Adamiya zərbəsi

Lent.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma “Qarabağ”ın qələbəsi ilə nəticələnib – 2:0.

Hər iki qolu Georgi Adamiya vurub. Gürcüstanlı hücumçu 24-cü və 66-cı dəqiqələrdə fərqlənib. Bu qələbə sayəsində “Qarabağ” xallarını 17-yə çatdırıb və 4-cü pilləyə yüksəlib. Ağdam klubu 9 turdan sonra AZAL-la eyni miqdarda xala malik olsa da, paytaxt komandası daha üstün top fərqinə görə 3-cü pillədəki yerini qoruyub. “Bakı” isə 12 xalla 8-ci pillədə qalıb.
# 772

Oxşar yazılar