“Neftçi”nin baş məşqçisi: “Gəncə”ni məğlub etməliyik”
20 oktyabr 2010 15:33 (UTC +04:00)

“Neftçi”nin baş məşqçisi: “Gəncə”ni məğlub etməliyik”

Lent.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov futbol klubunun rəsmi saytına açıqlamasında deyib.


Əsədov Unibank Premyer Liqasının IX turunda “Turan”la 2:2 hesablı heç-heçədən sonra “Gəncə”ni yenməli olduqlarını bildirib: “Xal itirməyə haqqımız yoxdur. “Gəncə” Premyer Liqaya bu ildən qoşulsa da, artıq güclü komanda kimi formalaşıb. Bundan irəli gəlir ki, rəqibimiz son üç oyunda qalib gəlib. Bununla belə, “Gəncə”ni məğlub edəcəyimizə inanıram”.

Qeyd edək ki, 9 turdan sonra “Neftçi” 20 xalla 1-ci, “Gəncə” isə 14 xalla 6-cı pillədə qərarlaşıb.
# 575

Oxşar yazılar